- Любовные романы
- Фантастика и фэнтези
- Ненаучная фантастика
- Ироническое фэнтези
- Научная Фантастика
- Фэнтези
- Ужасы и Мистика
- Боевая фантастика
- Альтернативная история
- Космическая фантастика
- Попаданцы
- Юмористическая фантастика
- Героическая фантастика
- Детективная фантастика
- Социально-психологическая
- Боевое фэнтези
- Русское фэнтези
- Киберпанк
- Романтическая фантастика
- Городская фантастика
- Технофэнтези
- Мистика
- Разная фантастика
- Иностранное фэнтези
- Историческое фэнтези
- LitRPG
- Эпическая фантастика
- Зарубежная фантастика
- Городское фентези
- Космоопера
- Разное фэнтези
- Книги магов
- Любовное фэнтези
- Постапокалипсис
- Бизнес
- Историческая фантастика
- Социально-философская фантастика
- Сказочная фантастика
- Стимпанк
- Романтическое фэнтези
- Ироническая фантастика
- Детективы и Триллеры
- Проза
- Юмор
- Феерия
- Новелла
- Русская классическая проза
- Современная проза
- Повести
- Контркультура
- Русская современная проза
- Историческая проза
- Проза
- Классическая проза
- Советская классическая проза
- О войне
- Зарубежная современная проза
- Рассказы
- Зарубежная классика
- Очерки
- Антисоветская литература
- Магический реализм
- Разное
- Сентиментальная проза
- Афоризмы
- Эссе
- Эпистолярная проза
- Семейный роман/Семейная сага
- Поэзия, Драматургия
- Приключения
- Детская литература
- Загадки
- Книга-игра
- Детская проза
- Детские приключения
- Сказка
- Прочая детская литература
- Детская фантастика
- Детские стихи
- Детская образовательная литература
- Детские остросюжетные
- Учебная литература
- Зарубежные детские книги
- Детский фольклор
- Буквари
- Книги для подростков
- Школьные учебники
- Внеклассное чтение
- Книги для дошкольников
- Детская познавательная и развивающая литература
- Детские детективы
- Домоводство, Дом и семья
- Юмор
- Документальные книги
- Бизнес
- Работа с клиентами
- Тайм-менеджмент
- Кадровый менеджмент
- Экономика
- Менеджмент и кадры
- Управление, подбор персонала
- О бизнесе популярно
- Интернет-бизнес
- Личные финансы
- Делопроизводство, офис
- Маркетинг, PR, реклама
- Поиск работы
- Бизнес
- Банковское дело
- Малый бизнес
- Ценные бумаги и инвестиции
- Краткое содержание
- Бухучет и аудит
- Ораторское искусство / риторика
- Корпоративная культура, бизнес
- Финансы
- Государственное и муниципальное управление
- Менеджмент
- Зарубежная деловая литература
- Продажи
- Переговоры
- Личная эффективность
- Торговля
- Научные и научно-популярные книги
- Биофизика
- География
- Экология
- Биохимия
- Рефераты
- Культурология
- Техническая литература
- История
- Психология
- Медицина
- Прочая научная литература
- Юриспруденция
- Биология
- Политика
- Литературоведение
- Религиоведение
- Научпоп
- Психология, личное
- Математика
- Психотерапия
- Социология
- Воспитание детей, педагогика
- Языкознание
- Беременность, ожидание детей
- Транспорт, военная техника
- Детская психология
- Науки: разное
- Педагогика
- Зарубежная психология
- Иностранные языки
- Филология
- Радиотехника
- Деловая литература
- Физика
- Альтернативная медицина
- Химия
- Государство и право
- Обществознание
- Образовательная литература
- Учебники
- Зоология
- Архитектура
- Науки о космосе
- Ботаника
- Астрология
- Ветеринария
- История Европы
- География
- Зарубежная публицистика
- О животных
- Шпаргалки
- Разная литература
- Зарубежная литература о культуре и искусстве
- Пословицы, поговорки
- Боевые искусства
- Прочее
- Периодические издания
- Фанфик
- Военное
- Цитаты из афоризмов
- Гиды, путеводители
- Литература 19 века
- Зарубежная образовательная литература
- Военная история
- Кино
- Современная литература
- Военная техника, оружие
- Культура и искусство
- Музыка, музыканты
- Газеты и журналы
- Современная зарубежная литература
- Визуальные искусства
- Отраслевые издания
- Шахматы
- Недвижимость
- Великолепные истории
- Музыка, танцы
- Авто и ПДД
- Изобразительное искусство, фотография
- Истории из жизни
- Готические новеллы
- Начинающие авторы
- Спецслужбы
- Подростковая литература
- Зарубежная прикладная литература
- Религия и духовность
- Старинная литература
- Справочная литература
- Компьютеры и Интернет
- Блог
Dəli Çəmənli - Vahid Çəmənli
Шрифт:
Интервал:
Закладка:
Neçə aylar ötəcək,
Neçə illər keçəcək,
Amma yenə yadıma,
Sənli anlar düşəcək…
Nə zaman geri dönsəm,
O laləli düzlərdə,
Kövrək bir ixtiyarla,
Bir cocuq görüşəcək.
06 mart 2011-ci il,
Ağdam, ÇəmənliSöz sözü çəkər…
Hərdən fikirləşirəm ki, İlahi, bizim ata-babalarımız necə gözəl söz sərrafı olublar. Atalar sözünə görə deyirəm. Elə dəqiq, düzgün yerində deyilmiş sözlərə rast gəlirsən ki, adam lap təəccüb edir. Ataların sözü-sözlərin düzü, – deyib atalar. Əslində, söz olmayan yerdə bu dünyanın bütün var dövləti bir qara qəpiyə dəyməz. Illah da, sözü ağzında bişirib, çıxarmayanda… Deyərsən balam, necə yəni sözü bişirib çixarmayanda… Yəni fikirləşməyib söz danışanda… Sözü deyəndə də gərək ehtiyatla deyəsən, yoxsa, fikirləşmədən dediyin sözün çox peşimançılığinı çəkərsən. Burada da atalar deyib ki, «sonrakı peşimanşılıq fayda verməz».
Qardaş, sözü məqamında deyərlər. Məqamında deməsən, dönüb olar daldan atılan bir qara daş. Daldan atılan qara daş da bilirsiniz də hara dəyir? İndi gəl, baş aç, bu dunyanın işlərindən…Deyirsən olmur, demirsən, olmur-desən öldürərlər, deməsən, iraq olsun, ölümdən betər olur:
Sözlər var şipşirin, sözlər var acı…
(Hə var zəhər kimi, yox var bal dadır.
Şahmar Əkbərzadə)
Sözlər var şipşirin, sözlər var acı,
Acılı, şirinli axındı sözlər.
Həm dərd artırandı, həm dərd əlacı,
Ürəyə hər şeydən yaxındı sözlər.
Bəzən abır-həya libasında o,
Girər qılığına bakirə qız tək.
Bəzən də bir şıltaq ədasında o,
Boğar neçə arzu, neçə min istək..
Var neçə pərdəsi, var neçə donu,
Birini soyunar, birini geyər.
Sinəndə saxlamaq istəsən onu,
Qurd kimi o səni içindən yeyər.
Diplomat diliylə istər danışa,
Dahilik eşqiylə yaşar beyində.
Torpağa basdırsan – dönər qamışa,
Tanıdar özünü çoban neyində…
Sözlər var şipşirin, sözlər var acı,
Acılı, şirinli axındı sözlər.
Həm dərd artırandı, həm dərd əlacı,
Ürəyə hər şeydən yaxındı sözlər.
Bakı, 1978-ci il.Bəli, qardaşlar, sözü sinədə saxlamaq oğul işidir. Ona görə də bəzən bizi yandıran sirri kiməsə danışıb içimizi boşaldırıq. Sonra da bərk-bərk tapşırırıq ki, amanın günüdür, heç kimə demə haa, sirrimi heç kimə açma. Əcəb işdir, sirr sahibi öz sirrini saxlaya bilmir, amma başqasından onun sirrini saxlamağı umur. Belə yerdə demək istəyirsən ki, əzizim, sirrin varsa özün saxla, özün saxlaya bilmədiyin sirri başqasının saxlaya biləcəyinə güvənmə. Sonra açılar sandıq, tökülər pambıq… Yox ey, söz…
Söz haqqında çox fikirləşdim, axırda anladım ki, bu dünyada elə sözdən başqa heç nə yoxdur. Sözlər də cürbəcürdür. Var doğru söz, var yalan söz… Görün, söz haqqında Həzrəti Əli (ə.s) nə buyurub:
«Sözün yeri könüldür, ismarlandığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydana çıxaran dildir, bədəni hərflərdir, canı isə məna, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə DOĞRULULUĞUNDADIR».
Deməli, şozün düzü hamıya lazımdır. Amma düz söz danışanlar çoxdurmu?
«Ya həqiqəti de, ya da sus» – deyib atalar. Sözün yoxdursa, sən də yoxsan. Hanı dünyadan bac alan süleymanlar, isgəndərlər nə bilim kimlər, kimlər? Sözlərindən savayı nə qalıb ki, bu dünyada? İgidlərin hərbə-zorbaları hamısı söz imiş. Elə insanları susmağa məcbur edən bu dil pəhləvanları da…
Sözə bax, – dil pəhləvanları… Bu pəhləvanlar sovet dövründə daha çox idi. Bir qoyundan bir ilə az qala on beş bala alırdılar. Sözü yazırdılar kağıza, verirdilər qoltuğumuza, sonra da deyirdilər ki, ye bu yağlı sözlərdən. İndi bunları fikirləşəndə adam az qalır dəli ola…
Dəli demişkən, – söz sözü çəkər, deyib atalar, – gözümü açandan həmişə kəndimizin adının önündə bir «dəli» sözü də eşitmişəm. Uşaq olanda buna o qədər də əhəmiyyət vermirdim. Bir az böyüyüb qırağa çıxanda mənə təsir eləməyə başladı. «Ev oturanın-söz götürənin», -deyib atalarımız. Mən bu dəli sözünü tamam-kamal özümə götürürdüm. Mənə elə gəlirdi ki, bu «dəli» sözü ilə məni ələ salırlar. Özüm bir az dəli-dolu olsam yenə dərd yarı idi. Allahın fağır bəndəsi idim. Əslində, bizim kəndimiz bir neçə obalar toplusudur. Hamısı da qədimi adlar. Bəndənizin doğulduğu Sarısöyünlü obası, kəndimizin fəxri Böyük Qışlaq, Bala Qışlaq, Orduqalı, Sarıhacılı, Zilfilər, Nurular… Böyük Qışlağa nəyə görə kəndimizin fəxri deyirəm, çünki bu oba elə əvvəldən bizim mədəniyyət mərkəzimiz olub. Məktəbimiz, kolxozumuzun idarəsi, klub, mağaza, poçt, – bir sözlə, hər şey burada yerləşir. Məktəbimizin müəllimlərinin çoxu bu obadandır. Adından belə başa düşmək olur ki, qədimdə bu obada yaşayan insanlar maldarlıqla məşğul olublar. Amma tək maldarlıqlamı? Düzən Qarabağın bərəkətli torpaqlarında məskunlaşan babalarımız hələ çox qədimdən oturaq bir həyat sürüblər. Bu məhsuldar torpaqlarda taxıl, üzüm, pambıq əkib-becəriblər. Kəndimizin suya olan ehtiyacını qədim zamanlarda Kötəl çayı ödəyib. Kötəl çayı Dağ Qarabağdan axıb gələn bir cənnət suyu idi. Yayın istisində düzən Qarabağ alışıb-yananda Kötəl çayı dada çatırdı. Mənə bir neçə dəfə bu çayın daşdığını görmək qismət olub. Bu yaddaşlardan silinən bir mənzərə deyil. Ucsuz-bucaqsız düzlər dizəcən suya qərq olurdu. Bu daşqınlar bəlkə də Kür çayınacan uzanıb gedirdi. (Əgər səhv edirəmsə qoy xatırlayanlar səhvimi düzəltsin). İndi Azərbaycan Toponimlərinin Ensklopedik Lüğətində oxuyanda ki, Çəmənli kəndi 1918-ci ildə yaradılıb, məni gülmək tutur. Ay mənim ensklopediya yazan «tarixci» qardaşlarım, siz mənə deyin görüm, bəs Cəmənli qəbristanlığindakı 300—500 illik tarixı olan qəbirlər kimindir? Özümüz öz əllərimizlə tariximizi kiçildiriksə, onda başqasından nə gözləyək?. Amma deyəsən, bu sözləri təkrarlamaqla mətləbdən uzaq düşdük…
Bir dəfə-bizə niyə «Dəli Çəmənli» deyirlər, – deyə atamdan soruşdum. Atam mənə «Koroğlu» dastanını oxumağı məsləhət gördü. Həmin gün kitabxanaçı Kamran dayıdan «Koroğlu» kitabını alıb evə gətirdim. Çarpayıya uzanıb kitabı oxumağa başladım. Aman Allah, bu dəlilik nə qəribə şey imiş. Sən demə, bir zamanlar qoçaq, mərd, igid insanlara «dəli» deyirmişlər. O gündən kəndimizin kişilərinə başqa gözlə baxmaga başladım. Müseyib əmi, Cəmil əmi, Şükür dayı, Əyyub dayı, Əli dayı, Pirhəsən əmi, Bəhmən əmi, Nəsib əmi, kəndimizin əbədi briqadiri Köçəri əmi, Qoşunalı əmi, Məhəmmədəli əmi, Səfər dayı, Nüşirəvan əmi, Şiraslan əmi, Qaytaran əmi, Əsəd əmi, Mürşüd əmi, Abdulla əmi, Möhsüm əmi, Yapon əmi, Heydər əmi, Pezər əmi, Alı əmi…
Haqq dünyasına qovuşanlara Allahdan rəhmət, qalanlara can sağlığı diləyirəm.
Mən onların qızmar günəşin altında yanıb qaralmış üzlərinə, cadar-cadar olmuş əllərinə baxıb fəxr edirdim. Bu kişilərin Koroğlunun dəlilərindən nəyi əskik idi? Onlar sadə, şərəfli bir həyat sürür, öz əllərinin zəhmətilə dolanır, evlər tikir, yollar çəkir, tarlalarını əkib-becərir, minnətsiz yaşayırdılar. Kəndimizin sadə insanlarının necə mərd igid olmaları İkinci Cahan müharibəsində daha da bəlli oldu. Yüzlərlə-minlərlə oğullarımız müharibənin ilk günlərində könüllü olaraq ordu sıralarına yazılıb cəbhəyə yollandılar. Tez bir zamanda onların səsi-sorağı Sovetlər Birliyinin müxtəlif guşələrindən gəlməyə başladı. Neçə-neçə ogullarımız cəbhədən dönmədi, onlardan «qara kağız"lar gəldi. Çəmənlidə qara kağızların döymədiyi bir qapı qalmadı. Onların arasında mənim Yaqub dayım da vardı. Neçə qızlar nişanlı, neçə gəlinlər dul qaldı. Hələ o vaxtlar arxa cəbhə adlandırdılan kəndimizdə nələr baş verirdi? Bir üzü qız, bir üzü gəlin olan analarımız cəbhəni çörəklə təmin etmək üçün tarlalarda gecəni gündüzə qatıb çalışırdılar. Onlar əkib-becərdikləri taxılın bir dənini də özlərinə qıymır, hamısını cəbhəyə göndərirdilər. Bu kəndin qadınları da qəhrəmandır.
«Dəli» adı, Koroğlu zamanından üzü bəri bu torpaqlarda yaşayan ulu babalarımızın bizə bir əmanətidir. Bizim atalarımız-babalarımız, bu ad üçün biz sizə borcluyuq. Siz bizi şərəfləndirdiniz. Bizi Koroğlu Dəlilərinin, Dəli Kürün, Dəli Domrulun, Dəli Becanın səviyyəsinə qaldırdınız…
Ata yurdunu yiyəsiz qoymayın…
İçimdə bir dərd daşıyıram. Bir kimsə ilə bölüşə bilmirəm. Bölüşməyə özümə mənəvi haqq verə bilmirəm. Fikirləşdim ki, bəlkə kağıza köçürüm? Əslində köçürməyə də bilərdim. Bu mənim içimdə daşıdığim öz dərdimdir. Kimisə öz dərdlərinlə yükləmək nə dərəcədə ədalətlidir? Lakin indi anlayıram ki, həyatda hər şey təkrar olur. Bu gün düz 40 il bundan əvvəl mənim atdığım addımları atmaq istəyənlər var. Uzaq diyarların cazibəsi çox gənclərimizi dinc oturmağa qoymur. Həvəslənib qanadlanmaq istəyirlər. Əğər qanadlanmaq istəyirlərsə eybi yoxdur, qoy qanadlansınlar, amma yuvalarını doğma torpaqlarında qursunlar. Şübhəsiz mənim bu fikirlərimlə razılaşmaq istəməyənlər tapılacaq, amma inanın ki, çox səmimi deyirəm, əgər hal-hazırda məni buralarda saxlayan bəzi qüvvələr olmasaydı, məmnunuyyətlə ata yurduna dönər, palçıqdan bir daxma düzəldib orada şad-xürrəm yaşayardım.
1978-cı ilin isti yay günlərinin birində yolum Çəmənliyə düşdü. O vaxtlar qardaşım köçüb Ağdam şəhərində yaşayırdı. Bacım Əfətli kəndində ailıə həyatı qurmuşdu. Mənim isə xəyallarımın göylərdə uçan vaxtı idi. Çəmənliyə də elə-belə bəzi dostlarımdan hal-əhval tutmağa gəlmişdim. Dedim, gəlmişkən həyətimizə də da baş çəkim. Həyətimizə yaxınlaşanda gördüyüm mənzərə hələ də həyatımın sevincli anlarına soğan doğrayır. Qədəm-qədəm böyüyüb boy atdığım həyət sahibsiz qalmışdı. O anlarda keçırdiyim hislərin təsiri ilə «Övladlar dönükləşəndə» şerini yazdım. Şer uzun müddət dəftərimdə qaldı. Heç kimə göstərmədim. Elə bir adətim də yox idi. Lakin, bir dəfə ürəklənib «Ulduz» jurnalına apardım. O vaxtlar jurnalın poeziya şöbəsində Vaqif Cəbrayılzadə adlı bir şəxs işləyirdi. Şeri təqdim edib çıxıb getdim. Bir həftədən sonra yenidən redaksiyaya gəldim. Vaqif müəllim «faciəli surətdə» mənə bildirdi ki, şeri çap etmək mümkün deyil. Mən şeri geri istədim. Şerin hər sətirinin başında Vaqif müəllimin düzdüyü nida işarələrini görəndə çox təəccüb etdim. Səbəbini soruşanda onun mənə dediyi sözləri necə var, eləcə də sizə çatdırıram. «Qardaş, bu sətirlərin hərəsi bir şer mövzusudur. Sən nə etmisən? Hamısını faciəli surətdə yığıb doldurmusan bir şerə. Bunu çap etmək olmaz. Bədii cəhətdən də çox zəifdir. Yeni şerlərini gətir, oxuyub rəy bildirək». «Çox sağ olun» deyib çölə çıxdım. Yadıma onun «Qaçhaqaç» şeri düşdü. İlahı, o vaxtlar ikimiz də xalqımızın başına gələcək fəlakətləri qələmə almışdıq, özümüzdən belə xəbərsız. Lakin, o vaxt mən də Vaqif müəllimin bu şerinə dodaq büzmüşdüm. Sonralar anladım ki, təsadüfi şer yazılmır. Hər bir şerin içində bir hikmət var.
Bu hadisələrin davamı 2001-ci ildə gəldi. Bir dəfə sevimli müəllimim Şahmar Əkbərzadənin işlədiyi «Mədəniyyət» qəzetinin redaksiyayasına getmişdim. Arabir o, məndən nəsə bir şey oxumağı xahiş edərdi. Bu dəfə «Övladlar dönükləşəndə» şerini oxudum. Bəyəndi. Çox təriflədi. Hətta bir neçə dostuna da göstərdi. Bu şer deyil, bu ibrət dərsidir-dedi.
Şer «Mədəniyyət» qəzetində dərc olunandan sonra, «Qızıl qələm» mükafatı laureatı Fikrət Lənbərani ilə tanış oldum. Fikrət müəllim şerə qısaca olaraq belə rəy verdi:
«Sən şer yazmamısan, sən xarabalığın rəsmini çəkmisən». Həmin şeri indi sizə təqdim edirəm:
Mənsiz böyüyən ağaclar.
Övladlar dönükləşəndə
Doqqazın ağzında dondum qəfildən,
Təsəlli verərmi həmsöhbət mənə?
Uğursuz yolçuya döndüm qəfildən,
Necə yazıq gəldi bu həyət mənə.
Üstən quş səkməyən o çal-çəpərlər,
İndi neçə yerdən yaralanıbdır.
Doluşub həyətə qonşu dəcəllər,
Meynələr vədəsiz uralanıbdır.
Külək budaqları dibdən qoparıb,
Bağ-bağat doludu şax-şəvəl ilə.
Gül kolu təklikdən şivən qoparıb,
Ləçəklər üstündə don tutub gilə…
Körpə çinarların dəyişib halı,
Qoca tut nə yaman xəyala dalıb.
Bacımım bəzəkli çörək dəsmalı,
Təndirin başında kimsəziz qalıb.
Pozulub bağçada əvvəlki mizan,
Körpə budaqları meyvələr əymir.
Əbədi qonaqdır bu yerdə xəzan,
Bir yaşıl yarpaq da ğözümə dəymir.
Daşlar, divarlar da qəribsəyibdi,
Böyük hənirinə, uşaq səsinə.
Bu həyət məni də qərib sayıbdı,
Doğma nəfəsimdən çətin isinə.
…Günəşin şəfəqi sönükləşəndə,
Qızmar yay günü də dönüb olar qış…
Övladlar soyuyub dönükləşəndə.
Dədə-baba yurdu yetim qalarmış.
Ağdam, Çəmənli,1978-ci il.P.S.
Əziz Şahmar Əkbərzadə ilə görüşə dostum Mahirlə getmişdik. Fikrimiz onu dəbdəbəli restoranların birinə dəvət edib gözəl vaxt keçirmək idi. Lakin, Şahmar müəllim bizə dedi ki, bir yeməkxana tanıyıram, orada bişən yeməklərdən Müseyib əminin bişirdiyi yeməklərin ətri gəlir. Biz Şahmar müəllimin dediyi yerə getdik. Yeməkdən sonra Şahmar müəllim mənim dəftərimdə olan şerlərlə tanış oldu. «Övladlar dönükləşəndə» şerini alıb oxudu, bir-iki düzəliş elədi, sonra gülə-gülə dedi:
«Hə, Qasımov, gördünmü söz necə partladı»?

